İngiltərədə Soutport şəhərində miqrant axınına qarşı etirazlar başlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Hope Not Hate" təşkilatı həftə sonu Böyük Britaniyada miqrant axınına qarşı planlanan 30-dan çox etiraz aksiyası qeydə alıb.

Hadisələr zamanı Stok-on-Trent şəhərində aksiyaçılar tərəfindən polis məmurlarının üzərinə kərpic atılıb, Belfastda anti-islamçı qruplaşma ilə irqçilik əleyhinə aksiya iştirakçıları arasında münaqişə baş verib.

Mançester və Liverpulda da aksiyalar zamanı polis onlara dağıdılma əmri verib.

Qeyd edək ki, iyulun 29-da İngiltərənin Soutport şəhərində 17 yaşlı yeniyetmə bıçaqla rəqs studiyasına hücum edib. Hücum nəticəsində 6-9 yaş arasında olan üç uşaq ölüb.