
Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.
Departament fransız diplomatın ölüm səbəbini dəqiqləşdirmir. Eyni zamanda “The Daily Mirror” qəzeti 53 yaşlı Paktenin ölüm səbəbinin infarkt olduğunu yazıb.