
ABŞ-nin müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Don Tsun ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirlib ki, bu görüş Ostinin “Şranqli-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumu səfəri çərçivəsində baş tutacaq.
“O, həmçinin Hind-Sakit okean regionu ölkələrindən olan digər həmkarları ilə də ikitərəfli görüşlər keçirməyi planlaşdırır”, - Pentaqon qeyd edib.