
"Hər kəs onların sağlamlığı üçün dua etməlidir. İran xalqı narahat olmasa, ölkənin işində heç bir axsama olmaz".
Teleqraf.com İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali dini rəhbəri Ayətullah Xamenei İran Prezidenti və hökumət üzvlərini daşıyan helikopterin qəzaya uğramasına münasibət bildirərkən qeyd edib.
O, İslam İnqilabı Keşikçiləri Korpusunun ailələri ilə keçirilən qrup görüşündə prezident və onu müşayiət edən şəxslərlə bağlı deyib: "İmam Rzanın mövludu günündə dua edirik ki, Uca Allah möhtərəm prezidenti və onun səhabələrini xalqın qucağına qaytarsın. Hər kəs bu onların sağlamlığı üçün dua etməlidir. İran xalqı narahat olmasa, ölkənin işində heç bir axsama olmaz".