Əfqanıstanın mərkəzi Bamyan əyalətində cümə günü atışma nəticəsində ölənlərin sayı üçü ispan və üçü əfqan olmaqla, altıya çatıb.

Teleqraf.com-un məlumatına görə, əyalət polisinin sözçüsü Məhəmməd Xavani Rasa deyib ki, yaralananlar arasında İspaniya, Norveç, Avstraliya və Litvadan olmaqla 4 əcnəbinin, eləcə də bir əfqanın müalicələri davam edir.

Daxili İşlər Nazirliyinin əməkdaşı Müfti Əbdül Mətin Qani cümə günü sosial mediada hücumla bağlı dörd şübhəlinin həbs edildiyini bildirib.