Ukraynanın şərqində Donetsk aerodromu ətrafında döyüşlər gərginləşib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, gecə saatlarında baş verən toqquşmalar zamanı hər iki tərəfin ciddi itkilər verdiyi açıqlanıb. Ukraynalı rəsmilər yerli qüvvələrin hava limanı üzərində nəzarəti tam ələ aldıqlarını açıqlayıblar. Həmçinin yayılan məlumatlara görə, son 24 saat ərzində separatçılar atəşkəs rejimini 99 dəfə pozublar.

Şahidlər isə sutka ərzində 600-dən çox rus hərbçisinin ölkənin şərq sərhədlərini pozduğunu bildiriblər.

Bu arada, səhər saatlarında separatçıların Donetskdə yerləşən xəstəxanaya atəş açması nəticəsində bir cərrah həyatını itirib, 5 xəstə isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Samir