
Türkiyənin Ankara şəhərinin Almadağ qəsəbəsindəki Əsəntəpə məscidində şam namazı vaxtı partlayış baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, elektrik lövhəsində yaranan nasazlıq səbəbindən baş verən partlayışda namaz qılan 1 nəfər həyatını itirib, 3-ü isə yaralanıb. Yaralılar dərhal Almadağ Dövlət Xəstəxanasına çatdırılıb.
Polis partlayışla əlaqədar istintaqa başlayıb.
Samir