İsrail Müdafiə Ordusu bu gün səhər saatlarında Qəzza zolağına cavab zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, zərbə HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi yeraltı obyekti, eləcə də raketlər üçün xammal istehsal edən obyekti hədəf alıb.

"Bu hücum HƏMAS terror təşkilatının möhkəmləndirilməsi və silahlanması qabiliyyətinə ziyan vurur", - deyə mətbuat xidməti qeyd edib.