Yaponiya şahzadəsi Masako 11 ildən sonra ilk dəfə kameralar önünə çıxıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Masako Yaponiyaya rəsmi səfər edən Hollandiya kralı Uilyam və kraliça Maksimanın qarşılanma mərasimində obyektivlərə tuş gəlib.

Masako 1993-cü ildə vəlihəd Naruhito ilə evləndikdən sonra “yuxu pozğunluğu” diaqnozu ilə depressiyaya düşüb. O, 2001-ci ildən şahzadə həmin xəstəlik üzündən 11 il imperatorluğun heç bir tədbirinə qatılmayıb.

Qeyd edək ki, Masako ailə qurmazdan əvvəl diplomat kimi fəaliyyət göstərib.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm