ABŞ həftəsonu Rusiyanın “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə yardımlarını müzakirə edəcək.
Teleqraf.com-un ria.ru-ya istinadən verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında baş tutan görüş BMT Baş Assambleyasının 69-cu sessiyası ərəfəsində keçiriləcək.
Görüş zamanı Rusiyanın bu məsələdə ABŞ-a və ümumilikdə İŞİD-ə qarşı yaradılmış koalisiyaya edəcəyi kömək, həmçinin dünyadakı gərgin bölgələrlə bağlı məsələlər müzakirə olunacaq.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.