BAKI, 24 avqust. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərənin “Arsenal”ında çıxış edən Qabriel Martinellinin keçidini rəsmiləşdirmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “Əl-Hilal” braziliyalı hücumçu ilə bağlı “Arsenal”la rəsmi əlaqə saxlayıb.
Martinellinin Səudiyyə Ərəbistanı Pro Liqasına keçməyə hazır olduğu və “Əl-Hilal”ın transfer siyahısında Portuqaliyanın “Çelsi” klubunda çıxış edən Pedro Neto və İtaliyanın “Yuventus” komandasının futbolçusu Fransisko Konseysao ilə müqayisədə ön sırada olduğu bildirilir.
Türkiyənin “Qalatasaray” klubu da uzun müddətdir 25 yaşlı Martinelli ilə maraqlanır. Braziliyalı futbolçunun gələcəyi ilə bağlı yaxın günlərdə mühüm inkişafların yaşanacağı gözlənilir.