BAKI, 24 avqust. TELEQRAF
Rusiyanın Krasnodar şəhərində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının özəl uşaq mərkəzinin ərazisinə düşməsi nəticəsində iki uşaq ölüb, daha yeddi uşaq xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Qubernator hadisənin Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın hücumu zamanı baş verdiyini bildirib.
Onun sözlərinə görə, PUA qalıqlarının uşaq mərkəzinə düşməsi nəticəsində iki uşaq həyatını itirib. Xəsarət alan daha yeddi uşağa tibbi yardım göstərilir. Bundan başqa, iki yetkin şəxs xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, PUA qalıqları yaşayış və tikilməkdə olan çoxmənzilli binaların üzərinə də düşüb. Anbarlardan birində yanğın baş verib.
Hadisə yerində operativ xidmətlərin əməkdaşları və xilasedicilər işləyirlər.
Kondratyev Krasnodar rəhbərliyinə vəziyyət barədə operativ məlumat verməyi və zərərçəkənlərə lazımi dəstəyin göstərilməsini tapşırıb.