BAKI, 23 avqust. TELEQRAF

ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasının bərpa edilməsindən sonra ümumilikdə 70 kommersiya gəmisinin marşrutunu dəyişdirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, avqustun 23-nə olan məlumata görə, ABŞ hərbçiləri 70 kommersiya gəmisini yönləndirib, üç gəmini sıradan çıxarıb və daha iki gəmiyə hərbçilər çıxarılıb.

ABŞ İrana qarşı dəniz blokadasını iyulun 14-də bərpa edib. Həftənin əvvəlində marşrutu dəyişdirilən gəmilərin sayı 64 olub.