BAKI, 24 avqust. TELEQRAF

Misirli hücumçu Ömər Marmuş İngiltərənin “Mançester Siti” klubundan ayrılaraq Premyer Liqanın digər təmsilçisi “Tottenhem”ə keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçunun transferi bonuslar da daxil olmaqla 64 milyon avroya başa gələcək.

Marmuş London klubuyla 2031-ci ilə qədər müqavilə imzalayacaq. Futbolçu yaxın 48 saat ərzində tibbi müayinədən keçəcək və bundan sonra keçid rəsmiləşdiriləcək.

Misirli hücumçu ötən mövsüm “Mançester Siti”nin heyətində Premyer Liqada 21 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.