BAKI, 23 avqust. TELEQRAF

İsrail hökuməti Qəzzadan pilotsuz uçuş aparatlarının, şarların və uçurtmaların buraxılması dayandırılmayacağı təqdirdə zərbələri gücləndirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Qəzza zolağına yeni zərbələrin endirilə biləcəyi barədə xəbərdarlıq ediblər.

Birgə bəyanatda bildirilib ki, Qəzza zolağından İsrail ərazisinə uçurtma, şar və pilotsuz uçuş aparatlarının buraxılması davam edərsə, İsrail ordusu hücumları gücləndirəcək və buraxılışların həyata keçirildiyi ərazilərdə əhalinin məcburi təxliyəsini həyata keçirəcək.