BAKI, 23 avqust. TELEQRAF

Yaponiyanın şimalındakı Hokkaydo prefekturası sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri əhalisi təxminən 173 min nəfər olan Obihiro şəhərindən 123 kilometr cənubda yerləşib. Yeraltı təkanların ocağı 46 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.