BAKI, 23 avqust. TELEQRAF
Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir bazar ertəsi rəsmi nümayəndə heyətinin rəhbəri kimi İrana səfər edəcək.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər İran-Pakistan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, eləcə də Pakistanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərinin davam etdirilməsi məqsədi daşıyır.
Bildirilib ki, Asim Munir səfər çərçivəsində İranın yüksəkvəzifəli şəxsləri ilə görüşlər keçirəcək və danışıqlar aparacaq.