BAKI, 23 avqust. TELEQRAF

Qazaxıstanda Qurultay seçkiləri üzrə “exit poll”un nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, “Xabar 24” telekanalının efirində açıqlanan nəticələrə görə, “Ədalət” partiyası 71,8 faiz, “Auıl” partiyası 6,4 faiz, “Respublika” 5,4 faiz, Ümummilli Sosial-Demokrat Partiyası 5,2 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” isə 5,1 faiz səs toplayıb.

Qazaxıstan Xalq Partiyası 3 faiz, Qazaxıstan Yaşıllar Partiyası “Baytak” 1 faiz səs qazanıb. Sorğu iştirakçılarının 1 faizi isə hamısının əleyhinə səs verib.

Qurultayda təmsil olunmaq üçün siyasi partiyalar ən azı 5 faiz səs toplamalıdırlar.

Xatırladaq ki, bu gün Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.