BAKI, 23 avqust. TELEQRAF

Müharibə dövründə seçkilərin keçirilməsi Ukraynanın dağılmasına və parçalanmasına gətirib çıxara bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bəyan edib.

"Hesab edirəm ki, belə müharibə şəraitində seçkilərə doğru getsək, ölkəni dağıda bilərik. Tərəfdaşlarımız cəbhə xəttindəki hərbçilərin və xaricdəki milyonlarla vətəndaşımızın təhlükəsiz, leqitim və demokratik iştirakı üçün konkret şərtlər təklif etsələr, bunu müzakirə etməyə hazırıq. Lakin indiki şəraitdə, Putin atəşkəs variantı olmadan hərəkət edərkən bu qeyri-mümkündür. İndi seçki keçirmək dövlət üçün ölkəni böləcək bir tsunamidir", — V.Zelenski vurğulayıb.

Dövlət başçısı həmçinin keçmiş Müdafiə naziri Mixail Fedorovun istefasına qarşı keçirilən etiraz aksiyalarına toxunaraq, insanların etiraz etmək hüququnu demokratiya göstəricisi kimi qiymətləndirib, lakin cəmiyyəti müharibə vaxtı daxili düşərgələrə bölünməməyə çağırıb.

Xatırladaq ki, keçmiş Müdafiə naziri M.Fedorov avqustun 19-da xalqa müraciət edərək müharibə şəraitində seçkilərin keçirilməsi üçün hüquqi və təhlükəsiz mexanizmlərin tapılmasının vacibliyini bildirmişdi.