BAKI, 23 avqust. TELEQRAF

Norveç hökuməti gələn il Ukraynaya hərbi, humanitar və maliyyə yardımlarını davam etdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, Norveç hökuməti 2027-ci ildə Ukraynaya təxminən 9 milyard dollar yardım göstərilməsini təklif edəcək.

Bunu Norveçin Baş naziri Yonas Qahr Störe avqustun 23-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukraynaya dəstək gələn il də davam etdiriləcək və ölkə parlamentindəki bütün siyasi partiyalar bu yanaşmanı dəstəkləyir.

Störe qeyd edib ki, 2027-ci ildə yardımın həcmi bu ilki səviyyədə, təxminən 9 milyard dollar olacaq. Yardım hərbi, humanitar və maliyyə istiqamətlərini əhatə edəcək və Kiyevin prioritetləri nəzərə alınmaqla bölüşdürüləcək.

Norveç hökumətinin başçısı bildirib ki, Oslo Ukraynaya dəstəyi yalnız Kiyevə yardım kimi deyil, həm də Avropanın təhlükəsizliyinə töhfə kimi qiymətləndirir.