BAKI, 24 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar vilayətinin Anapa şəhərində yerləşən “Vityazevo” hərbi aerodromuna endirdiyi zərbələr nəticəsində Su-33 və MiQ-29 qırıcıları, həmçinin “Orion” dronu zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukraynanın Xerson vilayətinin Strilkove və Donetsk vilayətinin Staromlinivka yaşayış məntəqələrində yerləşən Rusiya ordusunun hərbi idarəetmə məntəqələri də vurulub.

Rusiya qoşunlarının Luqansk vilayətinin Stepne və Xrustalnı, eləcə də Zaporojye vilayətinin Viktorivka ərazisində yerləşən maddi-texniki təminat anbarlarına da zərbələr endirilib.

İşğal olunmuş Krım yarımadasının Rozdolne yaşayış məntəqəsində isə ST-68 radiolokasiya stansiyası vurulub.