BAKI, 24 avqust. TELEQRAF
İran ABŞ-nin Tehrana qarşı iqtisadi müharibəni davam etdirəcəyi təqdirdə Hörmüz boğazından neft tranzitini dayandıracağı ilə hədələyib.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “X” hesabında bildirib.
Rzayinin sözlərinə görə, Vaşinqton iqtisadi təzyiq siyasətini davam etdirərsə, İran Hörmüz boğazı və Fars körfəzinin digər marşrutları ilə neft daşınmasına imkan verməyəcək.
“ABŞ iqtisadi müharibəni davam etdirərsə, nə Hörmüzdən, nə də Fars körfəzinin başqa bir nöqtəsindən bir damcı belə neft daşınmayacaq”, – İran rəsmisi vurğulayıb.
Bundan əvvəl İran hakimiyyəti Hörmüz boğazından keçid üçün müəyyən edilmiş qaydaları pozan gəmələrin cərimələnə və müsadirə oluna biləcəyi barədə xəbərdarlıq etmişdi.