BAKI, 23 avqust. TELEQRAF

Kanada faktiki olaraq ABŞ-nin ştatı olmadığı halda, bir ştat kimi iqtisadi güzəştlər almaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Kanada ştat olmadan bir ştatın statusuna bərabər mənfəət əldə etmək istəyir. Bundan əlavə, onlar illərlə fermerlərimizdən nəhəng rüsumlar tutublar. Artıq belə olmayacaq", — deyə D.Tramp vurğulayıb.