BAKI, 24 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Teleqraf-ın sorğusuna cavab olaraq klubdan bildirilib ki, qarşılaşmaya artıq 18 000 bilet satılıb.

Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.