BAKI, 24 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi birpalatalı parlamentə - Qurultaya seçkilərdə “Adilet” Partiyasının qələbəsi münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Yüksək seçici fəallığı və ümumxalq səsverməsinin nəticələri daxili siyasi sabitliyin möhkəmləndirilməsinə, ölkənin dinamik sosial-iqtisadi inkişafına və beynəlxalq arenada maraqlarının qorunmasına yönəlmiş sizin rəhbərliyiniz altında həyata keçirilən kursa geniş dəstəyi əyani şəkildə təsdiqləyir”, - təbrik mesajında deyilib.
Putin bildirib ki, Qurultay deputatlarının hərtərəfli strateji tərəfdaşlığın və iki dövlət arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi naminə Rusiya parlamentariləri ilə səmərəli əməkdaşlıq edəcəyinə şübhə etmir.
İyulun 1-də Qazaxıstanda ikipalatalı parlamentdən birpalatalı parlamentə - Qurultaya keçidi nəzərdə tutan yeni konstitusiya qüvvəyə minib.
Kaşım-Jomart Tokayevin partiyası Qurultaya ilk seçkilərdə səslərin 71,17 faizini toplayıb.