BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycanın yunan-roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Özbəkistan idmançısı Mehroc Bəhramovu 4:2 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.
E.Əliyev oktyabrın 14-də keçiriləcək final qarşılaşmasında Qazaxıstan güləşçisi Aybek Aytbekovla üz-üzə gələcək