"Azərbaycanı çox sevirəm. Burada hər kəs məni sevir, dəstəkləyir".

Bunu Teleqraf-a açıqlamasında cüdo üzrə dünya çempionatının gümüş medalçısı Uşanqi Kokauri deyib.

O, azarkeşlərin dəstəyinə görə özünü Bakıda rahat hiss etdiyini söyləyib:

"Mənim finaldakı rəqibim çox güclü idi. Amma gələn dəfə çalışacağam ki, qazanım və bu dəfə alınmayan şeyləri düzəldim. Həmçinin çalışacağam ki, Azərbaycan dilini daha çox öyrənim, sizə söz verirəm".

Qeyd edək ki, Azərbaycan təmsilçisi finalda ikiqat dünya çempionu İnal Tasoevə məğlub olub.