BAKI, 10 oktyabr. TELEQRAF
Cüdo üzrə dünya çempionatında kişilər arasında +100 kq çəki dərəcəsində bürünc medalın sahibi bəlli olub.
Teleqraf xəbər verir ki, Kənan Nəsibov doğma azarkeşlər önündə bürünc medala sahib olub.
O, bu mərhələdə millimizin digər üzvü Camal Qamzatxanovu məğlub edib.
***
18:15
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Teleqraf xəbər verir ki, +100 kq çəki dərəcəsində Azərbaycanın 2 cüdoçusu bürünc üçün üz-üzə gələcək.
Təmsilçilərimizdən Kənan Nəsibov digər idmançımız Camal Qamzatxanovla münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Baku-2026 Dünya çempionatına sabah - 11 oktyabrda komanda yarışları ilə yekun vurulacaq.