BAKI, 13 oktyabr. TELEQRAF
İngiltərənin "Liverpul" klubu "Hall Siti"nin qapıçısı Konstantinos Tsolakisi Alisson Bekkerin uzunmüddətli əvəzedicisi kimi görür.
Teleqraf xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
23 yaşlı yunanıstanlı qolkiper bu mövsüm Premyer Liqadakı çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. "Hall Siti"nin gələn ay iddialı klublarla transfer danışıqlarına başlayacağı gözlənilir.
2024-cü ildən Yunanıstan milli komandasının şərəfini qoruyan və yığmada 13 oyuna çıxan gənc qapıçı ilə "Tottenhem"in də yaxından maraqlandığı bildirilir. Onun transfer dəyəri 40 milyon funt-sterlinq civarında qiymətləndirilir.