BAKI, 8 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Elcan Hacıyev mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, kişilərin -90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/32 final mərhələsində keçirib.

Hacıyev bu mərhələdə ABŞ təmsilçisi Aleksander Knaufla qarşılaşıb.

Təmsilçimiz rəqibini məğlub edərək 1/16 finala yüksəlib.