BAKI, 8 oktyabr. TELEQRAF
Kişilərin -90 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Murad Fətiyevin bürünc medal uğrunda görüşü başa çatıb.
Teleqraf xəbər verir ki, Fətiyev bu mərhələdə Serbiya cüdoçusu Nemanya Maydovla qarşılaşıb.
Rəqibini məğlub edən Murad bürünc medala sahib çıxıb.
Bu, Azərbaycanın cari dünya çempionatında 5-ci medalı olub. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
***
15:03
Kişilərin -90 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Murad Fətiyev yarımfinal mərhələsində tatamiyə çıxıb.
Teleqraf xəbər verir ki, Fətiyev yarımfinalda Yaponiya cüdoçusu Goki Tacima ilə qarşılaşıb.
Təmsilçimiz rəqibinə ipponla məğlub olub.
***
14:32
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
13:52
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, idmançımız 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.
***
12:12
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Murad Fətiyev mübarizəyə başlayıb.
Teleqraf xəbər verir ki, kişilərin -90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/16 final mərhələsində Yunanıstan təmsilçisi Teodoros Tselidisi məğlub edib.