BAKI, 13 oktyabr. TELEQRAF
Oktyabrın 13-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq bir sıra hava xətlərində və Komplekt Transformator Məntəqəsində (KTM) təmir, eləcə də hava xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək.
“Azərişıq” ASC-dən Teleqraf-a bildirilib ki, Ağdaşın Ağzıbir, Aşağı Nemətabad, Hacılar, Xınaxlı, Kotavan, Qaraoğlan, Qobuüstü, Pirəzə, Pirkəkə, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçayda Qaraməryəm, Qarayazı, Şahsoltanlı və Yekəxana kəndlərinin bəzi ərazilərində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Elektrik təsərrüfatında həyata keçiriləcək təmir işləri Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Ceyranbatan və Sumqayıt Elektrik Şəbəkələrini (EŞ) də əhatə edəcək. Beləliklə, saat 10:00-dan 15:00-dək Ceyranbatan ərazisində Tuğ-zavod, Asfalt zavod və Dəri sexi, həmçinin Sumqayıt EŞ-yə daxil olan Stansiya Sumqayıt və "MERO" yaşayış massivlərinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.