BAKI, 13 oktyabr. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmalı və ratifikasiya edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Artıq birlikdə yaratmalı olduğumuz tarixdən danışmışam, bu gün bunun necə baş verməli olduğunu qeyd edirəm. Məncə, yaxın gələcəkdə Azərbaycanla paraflanmış sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə fokuslanmalıyıq. Bu baş verdikdə, biz Ermənistan dövlətçiliyinin davamlılığı üçün təməl daşını qoyduğumuzu bəyan edə bilərik”, - Baş nazir vurğulayıb.