BAKI, 8 oktyabr. TELEQRAF
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Süleyman Şükürov mübarizəyə başlayıb.
Teleqraf xəbər verir ki, kişilərin -90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/32 final mərhələsində norveçli Kornelius Eylertsenə qarşı keçirib.
Cüdoçumuz rəqibini məğlub edərək 1/16 finala yüksəlib.