BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiyanın neft emalı zavodlarına hücumlar davam edərsə, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini və silah tədarükünü azaltmaqla hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə "Kyiv Independent" nəşri Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.
Ukrayna rəsmilərinin sözlərinə görə, Vaşinqton Rusiyanın enerji infrastrukturuna zərbə endiriləcəyi təqdirdə məsuliyyəti Kiyevin daşıyacağını bildirib.
"Onlar bütün yüksək rütbəli hərbi rəhbərləri hədələyiblər. Bildirirlər ki, kəşfiyyat məlumatlarının mübadiləsini və PURL proqramını dayandıracaqlar".