BAKI, 13 oktyabr. TELEQRAF
İngiltərənin “Brentford” klubunun və Almaniya millisinin üzvü Kevin Şade karyerasını başqa komandada davam etdirə bilər.
Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” maraqlanır.
Şadenin “Brentford”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. London klubu onun satışından 70 milyon avrodan çox gəlir əldə etmək istəyir.
“Brentford” Şadeni 2023-cü ildə “Frayburq”dan transfer etmək üçün ümumilikdə 26 milyon avro ödəyib.
Qeyd edək ki, Şade cari mövsüm İngiltərə Premyer Liqasının ilk altı oyununda üç qol vurub. “Brentford” həmin görüşlərdə iki qələbə qazanıb, dörd dəfə heç-heçə edib və hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Almaniyalı hücumçu “Brentford”un heyətində indiyədək 120 oyuna çıxıb və 25 qol vurub.