BAKI, 10 oktyabr. TELEQRAF

Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında növbəti görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, idmançımız 1/16 turdakı rəqibi Xorvatiya cüdoçusu Mikita Svirid olub.

Görüşün nəticəsinə əsasən, cüdoçumuz rəqibini ipponla məğlub edib.

***

11:45

Kişilərin +100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatında ilk görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solislə qarşılaşıb.

Görüşün nəticəsinə əsasən, cüdoçumuz rəqibini vaxtından əvvəl ipponla məğlub edib.

Camal Qamzatxanovun növbəti turdakı rəqibi Xorvatiya cüdoçusu Mikita Svirid olacaq.