BAKI, 10 oktyabr. TELEQRAF

Dünya çempionatında 100+kq çəki dərəcəsində 1/4 final qarşılaşmaları davam edir.

Teleqraf xəbər verir ki, bu mərhələdə Azərbaycanın iki təmsilçisi - Uşanqi Kokauri və Kənan Nəsibov qarşı-qarşıya gəlib.

Görüşün nəticəsinə əsasən, Uşanqi Kokauri yarımfinala vəsiqə qazanıb. Kənan Nəsibov isə təsəlliverici görüşdə iştirak edəcək.

***

13:59

Kənan Nəsibov 1/8 finalda ukraynalı Yakiv Khammo ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, 100+kq çəki dərəcəsində yarışan idmançımız rəqibini məğlub edib.

Beləliklə, o, 1/4 finala vəsiqəni təmin edib. O, bu mərhələdə digər təmsilçimiz Uşanqi Kokauri ilə münasibətlərə aydınlıq gətirəcək.

***

13:02

Kənan Nəsibov dünya çempionatında ilk görüşündə qələbə qazanıb.

Teleqraf xəbər verir ki, 1/16 final mərhələsində mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə qarşılaşıb.

Nəsibov almaniyalı rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.

O, 1/8 finalda Yakiv Khammo (Ukrayna) ilə üz-üzə gələcək.