BAKI, 10 oktyabr. TELEQRAF
Qadınların +78 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında yarışa 1/16 final mərhələsindən başlayıb.
Teleqraf xəbər verir ki, o, bu raundda İtaliya təmsilçisi Asya Tavano ilə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, o rəqibinə məğlub olaraq turniri medalsız başa vurub.