BAKI, 9 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu kişilərin -100 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Kotsoyev yarışa 1/32 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olub.

Təmsilçimiz vaxtından əvvəl ipponla qələbə qazanıb. O, 1/16 finalda Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gələcək.