BAKI, 13 oktyabr. TELEQRAF
Ticarət sistemləri, logistika ilə bağlı çətinliklər və ödəniş problemləri qarşıdakı dövrdə bütün dünyada daha da artacaq.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Bakıdakı səfirliyinin baş kommersiya müşaviri Gülizar Yavaş “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışında deyib.
O qeyd edib ki, buna görə də pul vəsaitlərinin hərəkətini asanlaşdıran, eyni zamanda bunu təhlükəsiz şəkildə təmin edən sistemlərə ehtiyac var:
“Bank sistemləri bu ehtiyacları müəyyən dərəcədə qarşılaya bilir. Bank sektorunda beynəlxalq qaydalar uzun illər ərzində formalaşıb, müxtəlif standartlar müəyyən edilib. Buna görə də ödəniş sistemləri mövcud çərçivələrdən kənara çıxa bilmir.
Lakin yeni dünyanın ehtiyacları, xüsusilə investorlardan və ixracatçılardan gələn müraciətlər göstərir ki, bu çərçivələrdən kənarda da yeni ehtiyaclar yaranır. Eyni zamanda, təbii ki, təhlükəsizlik tələbləri də artır”.