BAKI, 10 oktyabr. TELEQRAF

Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında növbəti görüşə çıxıb.

Teleqraf xəbər verir ki, təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirib.

Görüşün nəticəsinə əsasən, o, 1/4 mərhələyə yüksəlib.

***

12:47

Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, o, 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə qarşılaşıb.

Görüşün nəticəsinə əsasən, dünya çempionatının mükafatçısı olan Kokauri rəqibini ipponla məğlub edib.

Təmsilçimiz 1/8 finalda Yakup Sordul (Polşa) ilə münasibətlərə aydınlıq gətirəcək.