BAKI, 12 noyabr. TELEQRAF
Ermənistan məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyana 3 il şərti həbs cəzası verib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
II Qareginin qardaşı oğlu Ambartsum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Amma cəzanın icrası təxirə salınıb. Onun bir yaşlı qızının 6 yaşına çatmasına qədər sınaq müddəti müəyyən edilib.
Gevork Nersisyan və oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də həbs edilib.
İstintaqın məlumatına görə, noyabrın 1-də onlar Vağarşapat rayonunun Voskeat kəndində təşviqat materialları yayan “Respublika” partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla münaqişəyə girib və onu təhqir ediblər.
2026-cı ilin fevralında təqsirləndirilən şəxslər ev dustaqlığına keçirilib, may ayında isə barələrində inzibati nəzarət tədbiri tətbiq olunub.
Erməni Apostol Kilsəsinin rəhbərinin qohumlarının həbsi hakimiyyətlə kilsə arasında qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edib.