BAKI, 14 noyabr. TELEQRAF
Gürcüstan və Çinin hakim partiyaları arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili Çinə səfərinin yekunlarını şərh edərkən bildirib.
O qeyd edib ki, sənəd iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur:
"Çinin idarəetmə sistemində hakim partiya aparıcı rol oynayır. Buna görə də memorandumun imzalanması ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Çin Orta Dəhlizin inkişafında maraqlıdır. Pekin, həmçinin Gürcüstanla təhsil və mədəniyyət sahələrində mübadilə proqramlarının genişləndirilməsini dəstəkləyir".