BAKI, 12 noyabr. TELEQRAF

“Ermənistan eyni anda Avropa İttifaqına (Aİ) üzv ola və Avrasiya İqtisadi Birliyində (AİB) qala bilməz, çünki bu iki təşkilata üzvlük bir-biri ilə uzlaşmır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Əlbəttə, bu, bir-biri ilə uzlaşmır. Avropa İttifaqında iştirak, ona üzv olmaq istəyi və üzvlük prosesinin başlanması, belə desək, bütün hüquqi-normativ bazanın Avropa standartlarına uyğunlaşdırılması Avrasiya İqtisadi Birliyinə üzvlüklə uyğun gəlmir. Bütün liderlər bu barədə açıq və dürüst danışırlar: belə olan halda seçim etmək lazımdır. İstərdik ki, bu seçimi, əlbəttə, Ermənistan xalqı etsin”, - Matviyenko bildirib.