BAKI, 13 noyabr. TELEQRAF
Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransına (COP34) ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan Antalyada COP31 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdən sonra bildirib.
"Ermənistanın namizədliyini və 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazırlığını təqdim etdim. COP34-ə ev sahibliyi etmək Ermənistana qlobal iqlim təşəbbüslərinə töhfə vermək imkanı yaradacaq", - o qeyd edib.
Nazir əlavə edib ki, namizədliyin irəlilədilməsi istiqamətində Şərqi Avropa qrupuna daxil olan ölkələr və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazırdır.