BAKI, 12 noyabr. TELEQRAF

Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasında TRIPP layihəsi ilə əlaqədar “Səhmdar cəmiyyətləri haqqında” qanuna əlavələr və əlaqəli qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri paketi birinci oxunuşda yekdilliklə qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qanunvericilik təşəbbüsünün lehinə 64 deputat səs verib.

Müxalif “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları iclasda və səsvermədə iştirak etməyiblər.