BAKI, 12 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitində iştirak etmək üçün Antalyada olan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə-Gürcüstan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Gürcüstanın Türkiyənin mühüm ticarət tərəfdaşlarından biri olduğunu bildirib. O, qarşılıqlı ticarət dövriyyəsi üzrə hədəflərə çatmaq üçün işlərin davam etdiyini qeyd edib.
Türkiyə Prezidenti enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlıq mexanizmlərindən maksimum səmərə ilə istifadə edilməsinin əhəmiyyətini qeyd edib.