BAKI, 4 avqust. TELEQRAF
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın səs hüququndan məhrum edilməsi üçün bütün üzv ölkələrin birgə razılığı tələb olunur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
O qeyd edib ki, bu məsələnin noyabrın 11-də Moskvada keçiriləcək KTMT-nin növbəti iclasında müzakirə olunacağı gözlənilir:
"Qurumun qaydalarına əsasən, əgər bir dövlət 2 il ərzində təşkilatın büdcəsinə üzvlük haqqını ödəməzsə, onun səs vermək və öz adamlarını mühüm vəzifələrə təyin etmək hüququ dondurula bilər. Ermənistan artıq iki ildən çoxdur təşkilata öz nümayəndələrini göndərmir və faktiki olaraq qurumun işində iştirak etmir".