BAKI, 3 avqust. TELEQRAF
Ermənistan parlamentində azərbaycanlıların ölkə ərazisində 10 gündən artıq qalması və mənzil almasını qadağan etmək təklif olunub.
Teleqraf "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu təşəbbüslə parlamentin müxalif "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan çıxış edib.
O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak almasının qarşısının alınmasını vacib sayıb.
N.Karapetyan öz təklifini Türkiyədəki qaydalarla əsaslandıraraq bildirib ki, orada da Ermənistan vətəndaşlarının mənzil almasına icazə verilmir.